13 aprel 2025 at 21:53
Jurnalist kodu: 5561
Xəbər kodu: 85802475
T T
0 Persons
Qüds Qüvvələrinin koordinatorunun müavini: 
Düşmənlər hər hansı təhdid anında İranın sarsıdıcı cavabı ilə qarşılaşacaqlar

Tehran - İRNA - Qüds Qüvvələrinin koordinatorunun müavini İran İslam Respublikasının çəkindirici gücü barədə deyib: “Düşmənlərimiz bilirlər ki, hər hansı bir təhdid və ya təcavüz olarsa, İslam Respublikasının sarsıdıcı və əzici cavabı ilə qarşılaşacaqlar.”

General İrəc Məscidi Tehranın Məhəlləti qəsəbəsindəki Məhəmməd Peyğəmbər (s) məscidində İran İslam Respublikasının Dəməşq konsulluğuna edilən hücumun 1-ci ildönümü ilə yanaşı müqavimət yolu şəhidlərinin xatirəsinin ehtiramla anılması mərasimində deyib: “Danışıqlar məntiq, hörmət və izzət baxımından aparılarsa, müsbət nəticələr verə bilər.”

Qüds Qüvvələrinin koordinator müavini heç vaxt zəif mövqedən dialoqa girmədiyimizi vurğulayaraq deyib: “İslam Respublikasının müharibə qorxusundan danışıqlara girdiyini söyləmək əsassızdır. Hər kəsə məlum olduğu kimi, danışıqlara dair tələbi ilk qaldıran amerikalılar olub.”

O, İran İslam Respublikasının çəkindirici gücü haqqında deyib: “Bu gün İslam Respublikası qəti və şübhəsiz çəkindirici qüvvəyə malikdir. Düşmənlərimiz bilirlər ki, hər hansı bir təhdid və ya təcavüz olarsa, İslam Respublikasının sarsıdıcı və əzici cavabı ilə qarşılaşacaqlar.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .